Yaddas kitabcasi

Yeni il bayatıları           

 

Əzizinəm, qar qıza,

Kim inanar qar qıza?

Şaxta baba, gələndə

Bol maska al Qar qıza.

 

Qalan yaxşı ad olar,

Sevilməyən yad olar.

Vergilər ödənilsə,

Kənd, şəhər abad olar.

 

İgidlərin cürəti,

Oldu zəfər qüdrəti.

Artaydı yeni ildə

İnternetin sürəti.

 

Düşmənə gor qazıla,

Xoş planlar cızıla.

İsmayıllı sevənlər

Bu qəzetə yazıla…

Şərh Yaz