Azərbaycan Respublikasının Milli Dirçəliş Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki               

Ötən əsrin 90-cı illərin əvvəlində qazandığımız müstəqilliyi itirmək ərəfəsində olduğumuz vaxtda Ulu Öndər Heydər Əliyev xalqın istəyi ilə Azərbaycan rəhbərliyinə qayıtdı. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrildi.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilmiş, vətəndaşların maddi rifahı yaxşılaşdırılmış, dövlətçiliyimiz möhkəmləndirilmiş, dövlətimiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırmışdır.

Bu inkişafın bariz nümunəsi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, düşməni təslim olmağa məcbur etdi. Bu gün milli birliyimiz həmrəyiliyimiz dövlət müstəqilliyimizi əbədi etdi.

Əziz ismayıllılar!
Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. Üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması arzusu ilə Sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Qarabağ Azərbaycandır!
bizimdir!

 

Şərh Yaz