Psixoloqdan valideynlərə müraciət                           

 

Uşaqlarımıza psixoloji və fiziki zorakılıq tətbiq edəndə niyə bu qədər rahat olmağınız barədə heç düşündünüzmü?

Və ya uşağınıza qəzəbləndiyiniz zaman etdiyiniz davranışları rahatlıqla həyat yoldaşınıza, dostunuza, ailənizə edə bilərsinizmi?

İnanın, övladınızla davrandığınız kimi başqaları ilə davransanız, ətrafınızdakı insanlara o cür münasibət göstərsəniz, yanınızda heç kim qalmayacaq.

Bəs nəyə görə övladınız digər insanlar kimi sizə münasibət göstərmir?

Çünki sizə ehtiyacı var!

O hərəkətlərinizə başqaları kimi, reaksiya verə bilməz, sizi tərk edə və ya qışqıra bilməz. Sadəcə, ağlayır. Az sonra heç bir şey olmamış kimi, gəlib boynunuzu qucaqlayır.

Sizə bu cür münasibət göstərənləri bağışlayırdınızmı?

Yəqin ki, yox!

10 dəqiqə əvvəl kimisə sizi təhqir edib döysə, ona nə yaxınlaşar, nə də sarılmazsınız. Narahat olmayacaq, məyusluğunuzu göstərməyəcək, boynunuzu əyməyəcəksiniz.

Ancaq uşağınız boynunu bükür; Siz onu döydünüz, o isə bağışlanmağını gözləyir. Döyüldüyünü unudur, sizi narahat etdiyini düşünərək, özü narahatlıq yaşayır.

Uşaqlar çox günahsızdırlar. Onların günahsızlığından istifadə etməyin.

Olsun ki, bədənində vurduğunuz sillənin yeri qalmır, amma düşüncəsini zədələdiyinizi, ruhuna dərin yaralar vurduğunuzu unutmayın.

Uşaqlarınızı döymək və ya təhqir etmək yox, ən vacib işiniz onlarla danışmaq, onları öyrətmək və anlamaq olmalıdır.

Ruslan Kamilov, 

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh Yaz