Qürurverici təşəbbüs                               

????????????????????????????????????

İsmayıllı rayonunun Kürdmaşı kəndində fəaliyyət göstərən “Nur” Qadın İnkişaf Qrupu şanlı ordumuzun uğurlu qələbələrindən ruhlanaraq yerli, daxili imkanlar hesabına Azərbaycan və qardaş Türkiyə Respublikasının dövlət bayraqlarının istehsalına başlayıblar.

Kiçik kollektiv iki növbədə işləməklə hər gün 70-80 ədəd bayraq hazırlayır. Hazır bayraqlar təmənnasız olaraq idarə və təşkilatlara verilir. Vətəndaşlar burada tikilmiş bayraqları əldə edərək minik avtomobillərində daşıyır, evlərinin, qapı və pəncərələri üstündən asırlar.

Bu qürurverici təşəbbüs İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları Saleh Ağayev, Aynur Osmanova, Kürdmaşı bələdiyyəsinin sədri Tünzalə İsmayılova və kənddəki Mədəniyyət mərkəzinin direktoru Ceyhun Niftalıyev tərəfindən irəli sürülüb.

İşin görülməsi üçün lazım olan materialların təminatından sonra qadınlar – qrupun rəhbəri Esmira Əlişlı, Ellada Nəbiyeva,  Səadət Abdullayeva, Mətanət Nəcəfova Vətənə olan sevgilərini əməli işlərində nümayiş etdirməyə müvəffəq olublar.

Təqaüddə olmasına baxmayaraq, Mədəniyyət mərkəzinin sabiq müdiri Asvar Babayev də könüllü şəkildə bu xoş təşəbbüsə qoşulmağa üstünlük verib. Kollektiv əmindir ki, tikdikləri bayraqlardan şanlı ordumuzun mübariz əsgərlərinin əlləri ilə Şuşaya, Xankəndinə də sancılacaqdır!

İsmayıllı xəbərləri”

????????????????????????????????????

Şərh Yaz