Yaddas kitabcasi

“Dünya nə gözəl…”                                           

 

Uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq uğurlu pedaqoji fəaliyyət göstərmiş, hazırda İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı kimi çalışan  Rəna Manaf qızı Mirzəliyevanın çapdan çıxmış, sayca üçüncü kitabı məhz bu diqqət çəkən adı daşıyır.

Azərbaycan Jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm” mediya mükafatçısı  R.Mirzəliyevanın nəfis şəkildə çap olunmuş 558 səhifəlik bu kitabında onun müxtəlif illərdə Respublika və yerli mətbuatda dərc olmuş yazılarının  bir qismi toplanıb.

Müəllif kitabın ayrı-ayrı bölmələrində istedadlı qələm sahiblərinin yaradıcılığını vərəqləyir, nur paylayan ömrlərdən – ziyalı əməyindən, Vətənə, xalqa sədaqətli övladların həyat və fəaliyyətindən, dünyagörüşü və igidliyindən söz açır.

Kitabda həmçinin xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı digər yazılar, ədəbi-bədii tədbirlərin ssenariləri və çıxışlara da yer verilib.

6 bölmədən ibarət bu kitabda sözün həqiqi mənasında dünyanın gözəl olması bədii çalarlarla öz əksini tapmışdır.

Müəllifə yeni yaradıcılıq uğurları diləməklə “Dünya nə gözəl…” kitabının ismayıllıların stolüstü kitabı olacağına ümidvaram.

Ş.Dağlaroğlu

 

Şərh Yaz