Yaddas kitabcasi

QARABAĞ AZƏRBAYCANDIR!   –  HAMIMIZ ƏSGƏRİK!               

                  

 

Qarabağ Azərbaycandır!

 

Qalxıbdır əsgərim haqq savaşına,

Ələyir od-alov düşmən başına.

Yazılır tarixim torpaq-daşına,

Döyüşdür, hücumdur, hiss-həyəcandır,

İrəli, Qarabağ Azərbaycandır!

 

Dar gündə millətim verib əl-ələ,

Tuşlanıb düşmənə qırmızı güllə.

Alınır torpağım böyük zəfərlə,

Doğru yol, düzgün vaxt, haqlı zamandır.

İrəli, Qarabağ Azərbaycandır!

 

Kafirə, iblisə qucaq açmışam,

Yurd verib yoluna işıq saçmışam.

Bağışla, tarixim, onda çaşmışam,

İndi haylar üçün “qalım” gümandır,

İrəli, Qarabağ Azərbaycandır!

 

Durub arxasında hayların zaman,

Başı əzilməli zəhərli ilan.

Əsli bilinməyən xain, bədgüman,

Əli baltalıdır, gözləri qandır,

İrəli, Qarabağ Azərbaycandır!

 

Qətiyyət göstərir ordum, əsgərim,

Qurtarır işğaldan kəndim, şəhərim,

Güləcək üzümə nurlu səhərim,

İllərdir könlümdə tufan, borandır,

İrəli, Qarabağ Azərbaycandır!

 

Nağıllar söyləyib çox siyasətlər,

Gəliblər, gediblər, haqqı əyiblər.

Gülüb üzümüzə, yalan deyiblər,

Artıq qeyrət vaxtı, müqəddəs andır,

İrəli, Qarabağ Azərbaycandır!

 

Yenilməz rəhbərim durubdur öndə,

Dost-tanış tanınır belə dar gündə.

Daha su götürmür bu xəmir, kündə,

Vətən köksümüzdə ürəkdir, candır,

İrəli, Qarabağ Azərbaycandır!

Murad Məhərrəmov

5 oktyabr 2020-ci il

 

Türkiyəylə Azərbaycan

 

Bir ürəkdə iki candır,

Damarlarda eyni qandır.

Ocaq qala, məşəl yandır,

Qoy toplaşsın qardaş olan –

Türkiyəylə Azərbaycan!

 

Birgə olsun ömür boyu,

Həm döyüşü, həm də toyu.

Mənşə bəlli, təlim soyu,

Hər ikisi versin fərman,

Türkiyəylə Azərbaycan!

 

Neçə dövlət, neçə bayraq,

Bir orduya möhür vuraq.

Tam, yeni bir dünya quraq,

Tarixlərdə qoysun ad-san

Türkiyəylə Azərbaycan!

 

Prezdentlər türk oğlu türk,

Heydər ruhlu, qan Atatürk!

Yazdığınız tarix böyük,

İlham ilə can Ərdoğan –

Türkiyəylə Azərbaycan!

 

Azərbaycan əsgəri

 

Qorxutmasın səni tufan,

Nə ildırım, nə də boran.

Bas yağını, de qana-qan,

Qaytar geri o gövhəri,

Azərbaycan əsgəri!

 

Qılıncını bas gözünə,

Murdarlığın de üzünə.

Uyma onun can sözünə,

Topla özündə təpəri,

Azərbaycan əsgəri!

 

Aman vermə düşmən qaça,

Dərə, təpə, yollar aça.

Qoy ümidi çıxsın puça,

Dönməz olsun bir də geri

Azərbaycan əsgəri!

 

İti qovan”

 

Bunca murdar sifətinə,

Xəyalına, xislətinə,

Əcəb düşdü qismətinə,

Atəş güclü, öndə qaban,

Məhv edəqək “İti qovan”.

 

Cəhənnəm ol torpağımdan,

Keçəcəksən orağımdan.

Öpdürərdim bayrağımdan,

Olmasaydın murdar insan

Canavardır “İti qovan”.

 

Görürsənmi bu silahı,

Göyə qalxıb daşnak ahı.

Unutmusan sən Allahı,

Əməlindən ölüb utan,

İti qovur “İti qovan”.

 

Vermə bada məzlum xalqı,

Ömür boyu sinə dağlı.

Ey Paşinyan, yolun bağlı,

Yalasan da neçə daban,

Şirtək qovur “İti qovan”.

 

Belə töhmət görməmişdin,

Belə sürət görməmişdin.

Belə nifrət görməmişdin,

Prezidentim, Baş Komandan

Yaradıbdır “İti qovan”,

Haqq yoldadır Azərbaycan!

Sadiq Babaoğlu

             22 oktyabr 2020-ci il

 

Hər gün

 

Bir ümid ağacı əkin yollara,

Qoy gedib Şuşanın özündə bitsin.

Kölgəsi sərilib torpaq üstünə,

Varlığı düşmənin gözünə batsın.

 

Birləşsin ürəklər, dinsin könüllər,

Açılsın yollarda lalələr, güllər.

Xoş arzu, xoş dilək, gözəl əməllər,

Uzanan əllərdə Laçına çatsın.

 

Toy-düyün sədsı yayılsın elə,

Susmuş yurd yerləri sevinsin belə.

Qəm-qüssə verilsin küləyə, yelə,

Qarabağ sevinci sevincə qatsın.

 

Dünyanı heyrətə salacaq bir gün,

Torpağı düşməndən alacaq bir gün.

Dövlətdə, orduda olan qüdrətə,

Ümid, inamımız çoxalsa hər gün.

Mehriban İbrahimova

 

Düşmənlərin başını əz

 

Döyüşdəsən, Allah səni qorusun,

Düşmənlərin başını əz, qardaşım!

Xocalının qisasını alırsan,

İşin haqdır, haqq əyilməz, qardaşım!

 

Şəhid  Poladımın bu gün ruhu şad,

Uğurla irəli gedir ordumuz.

Düşmən tapdağından olacaq azad,

Sevimli Qarabağ, gözəl yurdumuz!

 

Geri alınacaq Xankəndi, Şuşa,

Çaqqalın nə işi şir meydanında.

Yaşa, igid əsgər, şəhidim, yaşa,

Ölməzlik, qürur var sənin qanında!

Urxan Nəbili,

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin IX sinif şagirdi

 

 Səmid

 

 (Şəhidlik zirvəsinə ucalan Səmid Xoşbəxt oğlu Əliyevin əziz xatirəsinə ithaf)

 

Atılıb alovun, odun içinə,

Bu Vətən uğrunda alışdın, Səmid.

Dedin qisasımı mən alım gərək,

İntiqam hissiylə çalışdın, Səmid.

 

Hər dəlib keçdikcə düşməni mərmin,

Yayıldı ilk gündən əzmin, hünərin.

Döyüşlə açıldı axşam-səhərin,

Sən qəhrəman kimi vuruşdun, Səmid.

 

Düşmən əl atsa da min bir hiyləyə,

Yol tapa bilmədi girə ölkəyə.

Elə ki yetişdin sən Füzuliyə,

Bura Vətəndirmi? – soruşdun, Səmid.

 

Fəqət, yol vermədi yağan güllələr,

Qaldı ürəyimdə eh, nələr, nələr…

Dedin qəm görməsin bir də nəsillər,

Sən vaxtsız ölümlə barışdın, Səmid.

 

Tutsa da aləmi ana, qız səsi,

Hər şeydən ucadır şəhid xirvəsi.

Heyif, eşitmədin bir yar kəlməsi,

Şəhidtək torpağa qarışdın Səmid.

İldırım Dəmirli

                              10 ktyabr 2020-ci il

Война…

 

Так жутко вновь и вновь

Стрельба,бомбежки,льется кровь

Азербайджанский Карабах

Гудит в ушах,на сердце страх

 

И длится это 30 лет

Конца и края тому нет

Армяне начали войну

Втянули всю нашу страну.

 

К чему все  это приведет,

Страдает мирный наш народ

И гибнут юные ребята

Наши прекрасные солдаты.

 

Мы просим много, много лет

Захват земель – ведь это бред.

Историю вы изучите,

Наш Карабах освободите.

 

Ведь проще простого ,друзья

Чужие земли – не свои

Покиньте – заняли вы зря

Теперь на них идут бои.

 

Азербайджанская земля

Сады, леса, луга, поля

И эти горы Карабаха

Кто там живет

В волненье, в страхе?

 

Армяне нагло захватили

Хозяевами долго были

Зачем играетесь с огнем?

Бомбите ночью,даже днем.

 

Историю вы прочитайте,

Карабах наш-вы это знайте!

Так.Карабах-Азербайджан

И не должно быть там армян

 

Тихонечко домой идите,

Своих солдат поберегите

Со всей своей армянской дури

Не создавайте взрывов бури.

 

Весь мир вам говорит об этом

Здесь нет особого секрета.

Покиньте земли Карабаха

Хотяб побойтесь вы Аллаха!

Пусть вам поможет

Господь Бог

Покинуть земли без тревог!

Татьяна Минникова

 

Мой Карабах

 

Прости меня, мой Карабах!

Земля родная, залитая кровью.

Окутана во вражеских цепях,

И крик отчаяния с болью.

 

Зови меня, мой Карабах!

Звучи как вопль мелодия мугама.

И стоны матерей в слезах

В молитвах за сынов Азербайджана!

 

Дождись меня, мой Карабах!

Земля отцов, свободная от рабства,

Где снова зазвучит на торжествах

Яллы народный танец братсва.

Людмила Гончарова

 

VAXSİND BI SƏR PÖ

 

Ey cаvоnhоn, еy cаvоnhоn,

Vахsind bı sər pö, bı sər pö!

Akоrе küh hişnə bоşind,

Vахsind bı sər pö, bı sər pö!

 

Nərə kəşind, in küh-çəmən,

Оzоd bоşı təmmis Vətən.

Xоrdа sоzind хun bə düşmən,

Vахsind bı sər pö, bı sər pö!

 

Ə dəs rаftе Lаçin, Şuşа,

Qе dihhоnmun quşа-quşа.

Hişnə bоşind: хоn, bəy, pоşа,

Vахsind bı sər pö, bı sər pö!

 

Xuvаr, burоr, dədə, məmə,

Tüfəng vəynind bı dəs, ədə!

Düşmən bеmun nəyо hədə,

Vахsind bı sər pö, bı sər pö!

 

Məgüyind ki, in qucеyi,

İn kilеyi, in bijlеyi.

Atаş zənind bə nünеyi,

Vахsind bı sər pö, bı sər pö!

Ağami Bağırlı

 

Azərbaycan bayrağı

 

Ramiz Qusarçaylının eyni adlı şeirinə

 

Üstündəki göy rəngi səmaların göyüdü,

Qırmızısı ilə də yoxdu gendə qalmağı.

Baxdıqca yaşılına min yol baxmağın gəlir,

Ayın, ulduzun üzü, gözəl, göyçək yanağı –

Azərbaycan bayrağı!

 

Yığıb, toplayıb gücü özünə otuz ildə,

Gəzməyindən deyirlər, açıbdı hətta dil də.

Macal vermir zalıma, görmüş olanda eldə,

Gedir düşmən üstünə, qova bilir də yağı –

Azərbaycan bayrağı!

 

Pay verəsi olubdur şair də şeirindən,

Alqışları çox gəlir dünyanın hər yerindən.

Ayrılmağa qoymayan onları bir-birindən,

Himnin, gerbin üstünə pərçimlənən sancağı –

Azərbaycan bayrağı!

 

Geriyə yol var deyib çəkilir düşmən tərəf,

Anlamalı olub ki, etmək olmaz bu cür səhv.

Dostasa göy, qırmızı, yamyaşıldı hər tərəf,

Payıza yazın, yayın aman verməyən çağı –

Azərbaycan bayrağı!

 

Tapır ağrı-acılar dərmanın, şəfasın da,

Sağalmalar baş verir Qarabağ yarasında.

İti düşüncəlilər, qananlar arasında,

Şəhidin, hər qazinin tanınan düzü, haqqı –

Azərbaycan bayrağı!

Tamam Nur Tağlabiyanlı

 

Qələbə bizimdir

 

Şəhid Ramil Musayevə ithaf

 

Göyərtdin Yaşarın arzularını,

“Bitməyən döyüş”ü çatdırdın başa.

Gözü yaşlı qoydun nazlı yarını,

Məğrur adınızı çəkirəm qoşa.

 

Mənim Ramil balam, sevimli oğlum,

Vətənçün qovuşdun şəhid adına.

Qürur qalamızsan, qurbanın olum,

Vaxtında yetişdin yurdun dadına.

 

Uca şəhid adın mübarək olsun,

Sənə halal olsun ananın südü!

Demişdin: Mən gərək intiqam alam,

Qol-qanadın idi ata öyüdü.

 

Sənin al qanının axdığı torpaq,

Lalələr açacaq hər yaz gələndə.

Mərd əsgər əliylə sancıldı bayraq,

Vətəndə gör neçə şəhərə, kəndə.

 

Qələbə bizimdir, sən rahat uyu,

Ruhundan minlərlə oğul doğular.

Başlasın bu elin mağarı, toyu,

Bir də deyilməsin qəmli ağılar.

Şərqiyyə Balacanlı

                         20 oktyabr 2020-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz