“Gəncə” adlı guşə hazırlanıb                

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könüllüləri Gəncədə törədilən terror hadisələrindən bəhs edən guşə hazırlayıblar. Onlar Gəncədə baş vermiş terror hadisələri və terror qurbanlarının fotolarını çap edərək guşəyə yapışdırıblar.
Guşənin hazırlanmasında məqsəd Gəncə hadisələrini bütün rayon sakinlərinin diqqətinə çatdırmaq olub.
Gənc Könüllülər guşəyə fotoşəkillərlə yanaşı, mülki əhaliyə qarşı törədilən terror hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 4 dildə: Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar yerləşdiriblər.

İsmayıllı xəbərləri

Şərh Yaz