Yeni nəşrlər: Dözə bilsəydi…                          

          

Dünyasını dəyişəndən sonra kitablarının işıq üzü görməsi hər qələm sahibinə nəsib olmur. Əslində, Oqtay İsmayıllı heç də sıravi şairlərdən deyildi. O, “Şad xəbərlər həsrətində” dünyasını dəyişdikdən az sonra Vətəni şad xəbərlər bürüdü – Qarabağ torpaqları düşməndən azad olunur!

Bu xəbərlər onun ölməz ruhuna yetməkdə və ona əbədi şadlıq bəxş etməkdədir.

Mənim gözlədiyim şad xəbərlərin,

Biri də ünvana gəlib yetmədi.

Hardasa, adıma əkilən min-min

Güllərin biri də yoxsa bitmədi?

Bitməsini gözlədiyin güllər, yetməsini dilədiyin arzular 2020-ci ilin payızına təsadüf etdi. Dözə bilsəydi, bəlkə hələ uzun illər yaşayardı…

Amma, yox! O yaşayır. Bayram etdiyimiz şad xəbərlərin hər biri əvvəl sənə, sonra bizlərə çatır!

Düşmən tapdağında olan torpaqlarımız onun arzuladığı kimi – qarış-qarış geri alınır, azad olunur. Xalq qürurludur. QARABAĞ  AZƏRBAYCANDIR!

Ş.Dağlaroğlu

Şərh Yaz