Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur


 

Milli Ordumuzun son vaxtlar şücaəti, düşmənə sarsıdıcı zərbələri millətimiz arasında ruh yüksəkliyi yaradıb. Cənab Pezidentimizin ordumuza diqqət və qayğısı onlarda döyüş əzimkarlığını daha da artırır.       27 sentyabr 2020-ci il tarixdə  ermənilərin təxribatçı hücümu nəticəsində ordumuzun peşəkarlığının və qüdrətinin bir daha şahidi olduq. İndi Azərbaycan yenilməz, peşəkar, qüdrətli bir orduya malikdir.
30 sentyabr 2020-ci il tarixdə “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında jurnalist Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
-“ İndi cəbhədə Suriyadan olan muzdlular varmı?
– Cənab Prezident  – “Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.”

Şərh Yaz