Şəhidin xatirəsinə həsr olunmuş veloyürüş

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərara əsasən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilmişdir. Həmin qərara əsaslanaraq İsmayıllı Rayon Gənclər və İdman idarəsi 13 avqust 2020-ci il tarixdə pandemiya qaydalarına əməl etməklə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirib.

Yürüş İsmayıllı Şəhidlər Xiyabanı- Şəhid Xəyyam Daşdəmirovun məzarı (Balik kəndi)-İsmayıllı Şəhidlər Xiyabanı marşrutunu əhatə edib.

Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq, iştirakçılar Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən müayinə olunduqdan sonra yürüşə start verilib. İsmayıllı Rayon Polis Şöbəsinin Yol Patrul və Post Patrul Xidməti əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkiminin və təcili tibbi yardım avtomobilinin müşayiətilə iştirakçılar Şəhidlər xiyabanında dəfn olunmuş şəhidləri ziyarət etdikdən sonra, Tovuz döyüşlərində şəhid olmuş Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

Keçirlən yürüş bir daha sübut edir ki, Xəyyam və onun kimi qəhrəman gənclərin xatirəsi heç vaxt unudulmayacaq. Xəyyam yetişən gəncliyimizə bir örnək olaraq həmişə xatırlanacaq.

N.Əyyubov

 

Şərh Yaz