Nəgməyə dönən şeirlər:

“Qələbə yazdı

İgidlər yaşadı el qeyrətiylə,
Poladlar qorudu yurd qeyrətiylə.
Oğullar canıyla, şan-şöhrətiyə,
Şəhidlik qanıyla, “Qələbə” yazdı.

Dövlətim, bayrağım, ordum, gücüm var,
Düşmənə səngərdə bircə hücum var.
Düşmənləri silmək – bircə seçim var,
Şəhidlik qanıyla “Qələbə” yazdı.

İgidlik doğuldu gözlərimizdə,
Bir ömür azadlıq izlərimizdə.
“Vətəni qoruyaq” sözlərimizdə,
Şəhidlik qanıyla “Qələbə” yazdı.

Azad görsək Vətənimi nə olar,
Əsgərimdir döyüşlərdə bayraqdar.
Düşmənlərə qan udduran Vüqar var,
Şəhidlik qanıyla “Qələbə” yazdı.

Mənim anam – Azərbaycan

Söz dünyamız Nizamidən,
Saf məhəbbət Xəqanidən.
Yadigardır Xətaidən,
Mənim anam – Azərbaycan!

Ustadlarım sõz sõyləsin,
Həcər, Nigar çağır gəlsin.
Vətən oğlu Babək desin:
Mənim anam  – Azərbaycan!

Şəhriyarlı, Bəxtiyarlı,
Cəlal, Vurğun bir diyarlı.
Mehriban tək gözəl yarlı,
Mənim anam – Azərbaycan!

Ulu Õndər ocağıdır,
Cabbar, Cəlil çırağıdır.
Musa Yaqub bulağıdır –
Mənim anam – Azərbaycan!

Göydən nurtək tökülmüsən,
Qarabağda əkilmisən.
Taleyimə bükülmüsən,
Mənim anam – Azərbaycan!

Son  sõzümüz, son  andımız

Yad əldədi Qarabağım,
Tapdalandı bağça-bağım.
Şəhid qanı can ortağım,
Qisasım var, qana-qandır –

Son sõzümüz, son andımız!

Şəhid Xəyyam, nə qədər can,
Yerə-göyə sığmır bu qan.
Düşmən başın kəsin hər an,
Qisasım var, qana-qandır –
Son sõzümüz, son andımız!

Qoy çəkilsin düşmən dara,
Ürəkləri xəncər, yara.
Doğransınlar para-para,
Qisasım var, qana-qandır –
Son sözümüz, son andımız!

Tüfəng, toplar pas tutmasın,

Ana torpaq yas tutmasın.
Yağı düşmən unutmasın,
Qisasım var, qana-qandır-
Son sözümüz, son andımız!
Surə Ziyadqızı, 
“Q
ızıl Qələm”, “Rəsul Rza”, “Həsən Bəy Zərdabi,İlin Müəllimi”  ali medeya mükafatları laureatı

 

Bilim

 

Vətəndəyəm mən də, vətəndəyəm ki,

Vətəndən vətəndə danışa bilim.

Qalıb ocaq üstdə, dəmdən düşməyim,

Elə qaynatsın ki, od daşa bilim.

 

Hal-hazırda yarıb dumanı, çəni,

Gəzmək fikrindəyəm çölü, çəməni.

Sinəgir etsə də dərd-bəla məni,

Çalışıram dərdi daşıya bilim.

 

Düşməsin mizandan imanım, dinim,

Deyib imansıza olmuşam qənim.

Ölüm, qalınlaşmış olmasın gönüm,

Çürüyüb torpağa qarışa bilim.

Tamam Nur Tağlabiyanlı

 

Şərh Yaz