Yaddas kitabcasi

Təlimlər kiçik qruplara bölünməklə reallaşdırılıb

21 avqust 2020-ci il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində ARZU Qadın İnkişaf qrupunun fermer xanımlarına “AFAQ-Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində biznes modulu üzrə “İstehsalın təşkili və bazara çıxış” və “Maliyyə resurslarına çıxış” mövzularında təlimlər keçirilib. Təlimlər pandemiya dövrünün karantin qaydalarının tələblərinə uyğun olaraq kiçik qruplara bölünməklə reallaşdırılıb.

Təlimçilər mövzular üzrə  təlimin iştirakçısı olan xanımlara geniş izahat veriblər. Təlimlər qarşılıqlı diskussiya və müzakirələr şəraitində aparılıb. Sonra ayrı-ayrı mövzular üzrə qadınların sualları cavablandırılıb. Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.Təlimlər fermer qadınlar tərəfindən böyük maraqla qarşılanıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz