“Bilik Günü”nüz mübarək!

Hörmətli İsmayıllı rayon ictimaiyyəti, əziz müəllimlər və şagirdlər!

Bu gün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu, həyəcan və xəyallarla gələcəyə baxdığımız “Bilik Günü”dür. Məktəbimiz balalarımıza nə qədər güclü təhsil, müəllimlərimiz nə qədər yaxşı tərbiyə verə biləcəksə, cəmiyyətimiz və Dövlətimiz bir o qədər güclü olacaqdır.

Dəyərli təhsil işçilərimiz yeni dərs ilinə ötən ilin böyuk uğurlarını, bu ilin yeni islahatlarını qətiyyətlə davam etdirmək əzmi ilə gəliblər. Pandemiya ilə bağlı yeni dərs ilini mövcud şərtlərə uyğun qarşılamalı oluruq. Amma bu təhsilverənlərin və təhsilalanların öyrənib öyrətmək əzmini qıra bilməz. İnanırıq ki, İsmayıllı təhsili özünün zəngin ənənələrini, milli-mənəvi dəyərlərini daha da inkişaf etdirəcək, hər zaman olduğu kimi, yeni-yeni uğurların ünvanına çevriləcək.

Əziz müəllimlər, Sizlərə bu şərəfli missiyanın yerinə yetirilməsində yüksək ruh, əzm və iradə, Azərbaycanımızın işiqlı sabahı olan məktəbli dostlarımıza davamlı uğurlar, zehin açıqlığı, sağlamlıq diləyirəm.

Rövşən Əliyev,

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

 

Şərh Yaz