Yaddas kitabcasi

İnkişafa yönələn dəyişmələr

Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Raqif Nazimoğlunun yaradıcılıq meylləri özünün keyfiyyət sıçrayışları ilə inkişafa yönələn dəyişmələrə sürətli təkan verir. Onun poeziya nümunələri öz təbii forması, məzmun əlvanlığı və obrazlar əhatəsi ilə diqqət çəkir.

R.Nazimoğlunun şeirlərində müəllif ruhu diridir, şeirlərinin hamısında bir könül, ürək sızıltısı var. Bu şeirlərdə dəyişikliklərə məruz qalmış insani dəyərlər, sosial-mədəni səciyyə ictimai təqdirdə ehtiva edən aqressiv çək-çevirlər diqqət mərkəzindədir və müəllifin müşahidə kamerasına spesifik an kimi həkk olunub.

Filalogiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadınin “Sevgi dünyasına aparım səni” adlı, müəllifin sayca 51-ci kitabına rəydə yazdığı bu fikirlərə onu da əlavə edək ki, şair Raqif Nazimoğlunun yeni kitabında həyat duyğuları poetik, həm də fəlsəfi-mistik ab-havada təqdim olunur. Müəllif sevgidə təzahür edən duyğusallığı mümkün məcralara axıtmaqla oxucu diqqətini geniş fəzalara çəkə bilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz