İsmayıllıda “Təmizlik günü” keçirilib

İsmayıllı rayonunub bütün yaşayış məntəqlərində ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün 22 avqust “Təmizlik günü” kimi elan edilib

Bu məqsədlə icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə ərazilərdə iməcilik təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, həmçinin, yaşayış məntəqələri və magistral yol kənarlarında təmizlik işlərinin görülməsi, şəhər, qəsəbə və kəndlərin məişət tullantılarından təmizlənməsi olub.

Ümumilikdə 1000 nəfərdən artıq insanın qoşulduğu iməcilik rayonun 50-ə yaxın, xüsusilə daha böyük yaşayış məntəqələrini əhatə edib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz