Sakinlərin növbəti onlayn qəbulu                                                    

İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşlarla onlayn qəbullarını davam etdirir.

Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir və  qeydiyyata alınır. Qeydiyyata alınan müraciətlər aidiyyəti üzrə istiqamətləndirilir.

Müraciətlərin məzmununu kəndlərdə su və elektrik təsərrüfatının yenilənlənməsi, qaz xətti və yolların çəkilişi, məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması və digər sosial problemlər təşkil edir.
Son onlayn qəbulda şəhid ailəsinin üzvü, Qarabağ müharibəsinin əlili, veteranı,  məcburi köçkün kimi imtiyazlı şəxslər iştirak ediblər.
Bir daha xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə dövlət orqanlarında vətəndaş qəbulları dayandırılıb. Dövlət-vətəndaş birliyinin təşkili və təmini üçün qəbullar yalnız xüsusi hallarda onlayn qaydada keçirilir.

İsmayıllı xəbərləri”

Şərh Yaz