İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova   

Hörmətli Nahid müəllim!

Şəhərin R.Behbudov küçəsi bu statusu aldığı gündən bərbad vəziyyətdə idi. Dəfələrlə sakinlər tərəfindən çınqıllanıb abadlaşdırılsa da, yaz, payız aylarında yağan yağışlardan sonra gediş-gəlişlər üçün yararsız hala  düşürdü.

Rayona rəhbər təyin olunduğunuzdan qısa vaxt keçməsinə baxmayaraq, küçəmiz asfaltlaşdırılıb.  Buna görə Sizə küçənin sakinləri adından minnətdarlıq edirik. Əminik ki, rəhbərliyinizlə İsmayıllımızda  quruculuq işləri günbəgün  davam edəcək, rayonumuz arzuladığımız inkişafa sahib olacaqdır.

Dərin hörmətlə:

Küçənin bir qrup sakini

 

*****

Hörmətli Nahid müəllim!

 

Arzulanan rahatlıq, vacib kommunukasiya təchizatı olan yaşayış məntəqəsinin sakini olmaq hər bir insanın ürəyindən keçir. Bu arzu reallaşdıqca duyulan rahatlığı bəzən sözlə ifadə etmək o qədər də asan olmur.

Lakin yaradılmış rahatlıq üçün minnətdarlıq etmək hər kəsin etik borcu, mədəniyyət səviyyəsidir.

Rəhbərliyinizlə İsmayıllı şəhəri gündən-günə abadlaşır. Biz, Nəsirəddin Tusi küçəsinin sakinləri olaraq bu yeniliyi küçəmizin asfaltlaşdırılmasından sonra daha yaxından hiss etdik. Yaradılan rahatlıq üçün imkan yaradanlara, əmək sərf edənlərə dərindən minnətdarıq.

Əminik ki, dövlət və rayon rəhbərliyinin gündəlik qayğısı sayəsində Azərbaycanın mirvarisi hesab edilən İsmayıllımız davamlı olaraq abadlaşacaq və verilən adı doğruldacaqdır.

Dərin hörmətlə, küçənin sakinləri adından:

Həqiqət Manafova

 

 

 

 

 

Şərh Yaz