Şəhid doğulduğu kənddə torpağa tapşırılıb     

 

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya silahlarından istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən şәhid və yaralananlarımız olub. Ağır yaralanan əsgərimiz Xəyyam Daşdəmirov həkimlərin səyinə baxmayaraq şəhidlik zirvәsinә ucalıb. 2002-ci il təvəllüdlü şəhidimiz hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağırılıb.

Şəhid Daşdəmirov Xəyyam Məhəmməd oğlu anadan olduğu məkanda –  İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Rayonun İcra Hakimiyyəti aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, digər dövlət strukturlarının rəhbər işçiləri, şəhidin ailә üzvlәri, yaxınları vә rayonun vətənpərvər sakinlərinin bir qrupu dəfn mərasimində iştirak edib.

Şəhidin atası qəbirüstü çıxışında: “Dörd il xidmət etdim, salamat qaldım, mənim yerimə oğlum şəhid oldu” – deyərək övladı ilə fəxr etdiyini bildirib.
Allah şәhidlәrimizә rәhmәt elәsin!

İsmayıllı xəbərləri”

Fotolar Rafiq Həsənovundur

Şərh Yaz