Könüllülərdən “ASAN xidmət”ə kömək                           

İsmayıllı gənclərinin bir qrupu səyyar “ASAN xidmət”in fəaliyyətinə könüllü olaraq iştirak edir. Bu missiyanı öz üzərinə götürən gənclər “ASAN xidmət”in səyyar “ASAN avtobus”unda çalışan əməkdaşlara iyul ayı ərzində ismayıllılara xidmət göstərilməsində yardımçı olublar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri rayonun ictimai həyatında nəzərə çarpan dərəcədə fəallıq göstərməkdə davam edirlər.  Gənclərin məqsədi “Könüllülər ili”ni uğurla başa çatdırmaqdır.

Hazırda onlar İsmayıllı Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında vətəndaşların qeydiyata alınması, koronavirus təhlükəsinə qarşı sosial məsafənin və tibbi maskadan istifadənin təmin edilməsi işində əsas heyətə köməklik göstərirlər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz