Şəhidlər ölməz                                           

Vətənə sevgi beşikdən başlayır deyirlər. Vətənpərvərliyi öyrənməyin və öyrətməyin yaşı yoxdur. İbtidai sinif şagirdlərini şəhid məzarını ziyarətə cəlb etməyi də yəqin ki heç kim yersiz saymaz.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin II A sinif şagirdləri və onların valideyinləri ilə bu qərara gəldik ki, 12 iyul şəhidimiz Xəyyam Daşdəmirovun Balik kəndində məzarını ziyarət edək.

Valideyinlər dərs dediyim şagirdləri güllərlə, üçrəngli bayraqlarımızla ziyarətə gətirdilər. Bununla üstümüzə düşən vətəndaşlıq borcumuzu qismən də olsa yerinə yetirdik.
Mövcud karantin şəraitilə əlaqədar kütləvi toplantımız alınmasa da, ziyarətimiz alındı.
Ölməz şəhidimiz, sən tək bir evin, bir kəndin övladı deyilsən. Bu gün sən bütün Azərbaycanın Xəyyamısan. Şəhid olduğun günə qədər üzünü görməsək də, səndən ötrü yanır,  göz yaşları axıdır, səninlə qürur  duyuruq. Şəhidlər ölməz, Vətən bölünməz!
Yaşasın Azərbaycan Dövləti!
Yaşasın Azərbaycan Ordusu!

Sevinc Mirzəyeva

Şərh Yaz