Sədaqət və xeyriyyəçilik missiyası                                  

 

Dünyasını dəyişmiş müdrik, ziyalı, xeyirxah adamların adına mükafatların təsis olunması həmin şəxsiyyətlərin ideyalarını, istək və arzularını yaşatmaqla ruhlarını şad etmək, ölümlərindən sonra da gələcək nəsillər üçün nümunə, faydalı olduqlarını diqqətə çatdırmaqdır.

Bu, həm də həmin şəxsiyyətlərin iç dünyasına sadiq əziz və doğma insanların sədaqət və xeyriyyəçilik missiyasıdır.

Bu yaxınlarda aldığımız belə bir xəbərin İsmayıllı rayon ictimaiyyətinə çatdırılması məhz bu məqsədə xidmət etdiyindən bizi də sevindirdi.

Mükafatın təsisçiləri bildirirlər ki, “BƏŞİROV MÜKAFATI” uzun illər İsmayıllı təhsilinin yüksəlişində əməyi olmuş Fərman Zakir oğlu Bəşirovun əziz xatirəsinə təsis olunub. Mükafat İsmayıllı rayonunda orta təhsil alıb ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş məktəblilər arasında ən yüksək nəticə göstərən ilk 3 nəfərə veriləcəkdir. Mükafatın bu il üçün ümumi dəyəri 1000 manatdır.

Fərman Zakir oğlu Bəşirov kimi nurlu bir ziyalını itirsək də, bu kimi səviyyəli tədbirlərlə onu sevən, xatirəsini əziz tutan insanlar tərəfindən ruhunun zaman-zaman şad ediləcəyinə əminik.

“İsmayıllı xəbərləri”

Şərh Yaz