İlinin yekunu, növbəti tədris ilinə hazırlıq ———–24 nəfər fərqlənib     

İlinin yekunu, növbəti tədris ilinə hazırlı                                       

İsmayıllı Rayon Təhsil Şöbəsi 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirib.

Müşavirədə RTŞ-nın müdiri gündəlikə duran ilk məsələnin cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının COVID-19 -a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsü ilə çıxış etməsi barədə olduğunu bildirib.

COVID-19-a qarşı Azərbaycanda həyata keçirilmiş çevik qabaqlayıcı tədbirlər barədə məlumat verilib, bəşəriyyət üçün ciddi problem yaradan bu xəstəliyin həmrəylik və çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal yanaşma tələb etdiyi diqqətə çatdırılıb.

Eyni zamanda, iyulun 3-də Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin  yekunu və növbəti  tədris ilinə hazırlıq” mövzusunda keçirdiyi virtual müşavirədə qarşıya qoyulan məsələlər də müzakirə edilib, əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verilib.  Nazir müavinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları  RTŞ-nın müdiri tərəfindən diqqətə çatdırılıb. Mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlərdə dünya təcrübəsindən necə yararlanmağın yolları müzakirə edilib.

RTŞ-nin müdiri ”Virtual  məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətdən, bu layihənin müəllim və şagirdlər üçün yaradacağı imkanlardan söz açıb.

Sonda müşavirədə iştirak edən ümumtəhsil məktəbləri rəhbərlərinin sualları RTŞ-nın əməkdaşları  tərəfindən cavablandırılıb, yay tətili ərzində də virtual müşavirələrin keçirilməsi qərara alınıb.

Ülviyyə Zeynalova,

İsmayıllı RTŞ-nin əməkdaşı

 

24 nəfər fərqlənib                                             

 

Azərbaycan Təhsil Nazirliyi ümumi və orta təhsilin 9-cu sinif səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini  açıqlayıb.

İsmayıllı rayonu üzrə ümumtəhsil məktəblərinin 32 nəfər 9-cu sinif şagirdi yüksək bilik nümayiş etdirərək hər üç fənnin imtahanından (Ana dili, riyaziyyat, xarici dil) “5” qiymət alıb.

Dövlət İmtahan Mərkəzinin nəticələrinə əsaslanaraq, bu şagirdlərdən əvvəlki illərdə də yüksək nəticə göstərmiş 24 nəfər fərqlənmə attestatına layiq görülüb:

Fərqlənənlərin 8 nəfəri İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin, 3 nəfəri İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləridir.

Diyallı kənd tam orta məktəbindən 3 nəfər şagird, Talıstan kənd tam orta məktəbindən isə 2 nəfər şagird bu uğura imza atıb.

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyi, eləcə də İsmayıllı şəhər 5 nömrəli, Lahıc qəsəbə, Cülyan, Topçu Sulut, Xankənd və Qubaxəlilli kənd tam orta məktəblərinin hər birindən bir  şagird oxuduğu məktəbin adını şərəfləndirmişdir. Uğur qazanmış şagirdlərimizə, onların fənn müəllimlərinə yeni nailiyyətlər diləyirik.

Ü.Zeynalova

Şərh Yaz