Çox hörmətli, dəyərli  və imkan sahibi olan xeyriyyəçi həmvətənlərimə!

İsmayıllı şəhər sakini, 1-ci qrup əlil Şəhməmmədov Rasim Eldar oğlundan xahiş məktubu             

Əvvəla Sizi özümün və ailəmin adından salamlayıram. Azərbaycan xalqı Sizi ürəyi Allah sevgisi ilə döyünən, gözəl bir insan,  xeyriyyəçi kimi tanıyır. Ona görə Allahın böyüklüyünə və xeyirxahlığınıza ümüd edib yazıram:

1979-cu ildə İsmayıllı şəhərində anadan olmuşam. Ailəliyəm 12 yaşında oğlum var.
31 yaşımda – 2010-cu ildə avtomobil qəzasına düşmüşəm. Qəzaya düşərkən onurğa sütunum ciddi xəsarət alıb. Həmin tarixdən onurğa sütunumda əməliyyat aparılıb. Əməliyyatın aparılmasına baxmayaraq, gəzir və otura bilmirəm.10 ildir ki əlil arabasında uzanıqlı vəziyyətdə qalmışam. Yorğan-döşək xəstəsi halındayam.
Respublikanın müxtəlif klinikalarında müayinə olunub, müalicə almışam. Lakin heç bir irəliləyiş əldə edə bilməmişəm. Mütəxəssislər müalicəmin ancaq xarici ölkədə olduğunu bildirirlər. Təəssüflər olsun ki, həmin müalicəni götürmək üçün maddi imkanım yoxdur.
Birinci qrup əlil kimi dövlət tərəfindən cəmi 250 manat pul vəsaiti alıram.
Həyat yoldaşım isə ankoloji xəstə olmaqla 2-ci qrup əlildir. Ayda 130 manat sosial müavinət alır.
Çox hörmətli, dəyərli, səxavətli həmvətənim!
31 yaşımdan  yataq xəstəsi olmaqla həyatım iflic vəziyyətinə düşüb. Gəncliyimdən digər gənclər kimi faydalana bilmir, xalqıma, Vətənimə, ailəmə heç bir fayda verə bilmirəm. Həyatda aciz bir insan olaraq yaşayıram.
Ailə büdcəmizə aylıq daxil olan 380 manatla hətta gündəlik tələbatımızı belə ödəyə bilmirik. Aldığımız pul heç dərmanlarımızı, komunal xərcləri ödənilməyə də çatmır.
Onu da qeyd edim ki, şəxsi evim və həyatyanı torpaq sahəm yoxdur. Fərdi mənzilə çox ehtiyacımız var. İsmayıllı şəhərinin “Kəpənək” deyilən ərazisində əlillər binasının 1-ci mərtəbəsindən əlilə uyğun tam şəraitli 2 otaqlı ev satılır. Ürəyində Allah sevgisi, səxavət nümayiş etdirməyi bacaran bir eloğlumuz həmin evin alınmasında bizə köməklik edə bilər.

Hazırda kiçik qardaşımın köhnə, şəraitsiz evində yaşayırıq. O da ailəlidir, 3 övladı var. Bir bacımin isə yoldaşı rəhmətə gedib. Azyaşlı oğlu ilə gəlib qardaşımın həmin evində yaşayır. Buna yaşamaq demək olarsa, çox acınacaqlı, çətin vəziyyətdə yaşayırıq.
Çox hörmətli, gözəl qəlbli xeyirxah insanlar, Sizlərə güvənib inandığımdan üzümü də Sizə
tutub xahiş edirəm:
Ailəmizə Bakı şəhərində, ya da İsmayıllıda əlillərə uyğun 2-3 otaqlı bina, yaxud da həyət evinə sahib olmaqda köməklik edəsiniz.
Məktubumun cavabsız qalmayacağına çox ümidliyəm. Ailəmizin xeyir-duası Sizinlədir. İşləriniz avand, qazancınız bol olsun! Allah sizlərə var-dövləti mərhəmətli olduğunuza görə veribdir. Allah köməyiniz olsun!

Dərin hörmət və ehtiramla:

Rasim Şahməmmədov

Əlaqə nömrəm: 050 566 58 25

Şərh Yaz