Kitab oxucu rəğbəti qazanacaq                                    

 

Polkovnik Əlaləm Babayev İsmayıllı Rayon Mərkəzi Kitabxanasına müəllifi olduğu “Mübarizədən keçən ömür” adlı kitablarını hədiyyə edib.

Kitab şərəfli zabit həyatının çətinliklərindən bəhs edir. Sovet hakimiyyəti illərində hərbi xidmətə başlayan Ə.Babayev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra suveren ölkəmizin ordu quruculuğunda, Qarabağ müharibələrində döyüşən taborların təşkilində yaxından iştirak edib.

Ağır müharibə illərində, hakimiyyətsizliyin və ikitirəliyin hökm sürdüyü bir zamanda şəhidlərimizin dəfn mərasimlərinin onların adlarına layiq şəkildə həyata keçirilməsində, şəhid ailələrinin problemlərinin həllində qüvvəsini əsirgəməyib. Müəllif kitabında bütün bunların əks olunmasına çalışıb.

Məlum məsələdir ki, bu mövzuda olan kitablar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır. Kitabın  oxucu rəğbəti qazanacağına əminik.

R.Mirzəyeva,

kitabxananın əməkdaşı

Şərh Yaz