Qəlbimə dağ çəkən 25 il                                                   

(Elegiya)

Allah, məni kimi heç kəsi belə dağlama!

Allah, məni kimi heç kəsin yolunu belə bağlama!

Allah, məni kimi heç kəsi arvaddan yetim qoyma!

Allah, məni kimi heç kəsi canından artıq sevdiyi yarından nəinki 25 il, heç 25 dəqiqə də ayrı salma!

25 il… Haralar qalmayıb ki, ahu-vayla gəzməyim? Kimlər qalmayıb səni sormayım?.. Hansı güllər qalıb sənin adına çələng hörməyim? Nə qədər dağ-dərə, bağ-bərə qalmayıb ki, səndən ötrü qarış-qarış gəzib körpə quzu kimi mələməyim? Heç elə vaxtım olub ki, səndən ötrü gündə yüz yol ölüb-dirilməyim? Yox olmayıb!

…Yadımdadır, bir zamanlar sən lal-kar dayananda mən belə deyərdim:

zlərin o qər dərindir, güm

Üzmə qorxuram, bata biləm.

Əllərin o qər soyuqdur, güm

İsti öpüş qata biləm…

 

n isə başı salıb aşağı,

bir “hə” deyərdin, nə “yox” deyərdin.

Sanki aldadaraq körpəağı,

Əlimə “qaranquş” konfet verərdin.

Eh, Zemfira… Zemfira… Mən sənin eşq adlı dünyana qovuşmaq istəyəndə sən orta məktəbi qurtarırdın, mən isə ali məktəbi. Sən bəzi nərdivanları hələ təzə-təzə qalxırdın, mən isə bəzilərini enməkdə idim. Amma bir böyük nərdivan – eşq adlı nərdivan var idi ki, onun geniş pillələrini hər ikimiz hələ yenicə çıxmağa başlayırdıq. Amma axıradək çıxanda birimiz yıxıldıq…

Ən nəhayət, o qorxular, o ürkülər, o hicranlar, o görüşə bilmədiyimiz anlar, o üç il toy həsrətində qaldığımız zamanlar (onda mən ev növbəsində idim, sən isə ali təhsil almaq arzusunda) arxada qaldı. Bir gün – 19 aprel 1973-cü ildə biz evləndik. Səni öz halal evimə – Sumqayıtdakı Sülh küçəsində “Gül” mağazası deyilən binanın 4-cü mərtəbəsində təmir edilən bəy otağına gəlin gətirdim. Gəlin, nə gəlin… Aya deyirdi sən çıxma, mən çıxım, Günə deyirdi sən parlama, mən parlayım, Ulduza deyirdi sən sayrışma, mən sayrışım, qızılgülə deyirdi sən ətir saçma, mən saçım və s…

Beləcə yaşadıq biz: oğullu-qızlı, sözlü-sazlı, aylı-illi, şirin dilli. Birimiz jurnalist olduq, birimiz iqtisadçı. Birimiz qəzet buraxdıq, digərimiz əmanət bankının işçisi olduq. Birimiz söz dünyasında vuruşduq, digərimiz pul. Əsas bu idi ki, hər ikimiz insanlığa, mənəviyyata, xeyirxahlığa, paklığa çalışırdıq. Heç kimi özümüzdən narazı getməyə, dalımızca qeybət etməyə qoymazdıq, “sağ ol”dan başqa bir söz deməyə razı olmazdıq. Başqa-başqa yerlərdə doğulub, başqa-başqa ailələrdə tərbiyə alsaq da, elə bil göbəyimiz bir yerdə kəsilmişdi, torpağımız bir yerdən götürülmüşdü.

Hələ bir gün – 28 mart 1990-cı ildə sənin lotereya ilə (lotereyanı da sənə iş yoldaşın Novruz günündə hədiyyə etmişdi) 06 “Jiquli” maşını udmağın bilirsən sevincimizin, sevgimizin üstünə nə qədər sevinc, nə qədər sevgi gətirmişdi?! Mən sürücülük öyrənəndə bu maşınla haraları gəzmədik: İsmayıllı, Lahıc, Basqal, Kəlfərəc, Mican, Şəbiyan, Təzəkənd, Topçu, Talıstan, Sumağallı, İstisu (dostum Kamal müəllimgildə dəfələrlə olmuşuq), Qalacıq, Qəbələ, Şəki, Göyçay, Ağsu, Kürdəmir, Masallı, Lənkəran, Lerik, Qazax, Tovuz, Qroznı, Quba, Xaçmaz, Dərbənd və s.

İndi də o maşını əziz xatirə kimi tər-təmiz saxlayıram. İndi bunlar hamısı bir xatirədir. Elə bir xatirə ki, 76 illik ömrümdə gündə yüz dəfə bunlar kino lenti kimi gəlib gözlərim önündən keçib.

Bu sevginin odu nə yaman imiş,

İllər boyu eşlb yanan imiş,

ni bu dünyada yar anan imiş

srət qaldım belə sadiq dosta mən.

Gözəl Zemfira, bilirsən sənsiz nə qədər avara-sərgərdanam. Sənsizlik məni  ev-eşikdən də didərgin salıbdır. Bu,  yəqin ki, ruhunda sənə də bəyandır. İnanmırsan,  dediklərimə qulaq as:

Yoxdur evimizdəni gözlən,

Qoyublar adıfil, gən,

Yaman çoxalıbdır məni bən,

İstəmirəm evə qayıdam daha.

 

Tez-tez evdə min cür sözlər yaxırlar…

Biri o birinə qovlayır məni.

Get, orda ü yaxşı baxırlar

Deyib, uşaq təki tovlayır məni.   

İndiyədək keçən vaxtlarda arvaddan yetim qalan xalq şairləri: Cabir Novruz, Nəbi Xəzri, Söhrab Tahir (rəhmətliklər), Nəriman Həsənzadə, Musa Yaqub, əməkdar jurnalistlər: Cahangir Məmmədov, Məzahir Süleymanzadə, Rəhim Axund-zadə, Oqtay Cəfərov (rəhmətlik), Bəybala Babayev və başqalarını düşünəndə öz-özümə deyirəm: Görəsən, onlar da məni kimi ölənlərə həmişə belə yas tutublar?

Yadımdadır, bir dəfə dəniz qırağında əl-ələ verib sahilə gələn dalğaları sanki hər ikimiz sayırdıq. Dalğalar sahilə baş vurub qayıdanda sahil elə təmiz qalırdı ki, elə bil onun qumlarını ələkdən keçiriblər. Onda mən o narın qumlar üzərində tələsik belə bir söz yazdım: “sevirəm”. Sən isə gülə-gülə belə dedin: “O nə təhər sevgidir ki, dəniz bir anda yuyub apardı”. Mən pərt olmamaq üçün tez fikirləşib dedim: “Sahildən apardı, ürəyimdən ki, aparmadı”.

Dedin ki, sevməyin eh… elə budu?

 “Sevirəm” sö dalğalar yudu.

O vaxtdan 50 il keç, güm

Olduğu tək qalıb o eşqin odu.

Həyatın o gur çağlarında elə bil birdən-birə gözə gəldik. Bir dəfə qızımız Xatirə dünyaya gələndə onun doğuşu o qədər çətin olur ki, həkimlər buz dalınca ora-bura qaçanda (Bakıya qədər) Zemfira böyük həyəcan keçirir. Elə o dəqiqələrdən də şəkər xəstəliyinə tutulur. Bu səbəbdən illər keçdikcə onun ürəyi də, böyrəyi də, gözləri də yavaş-yavaş fəaliyyətini itirir. Dəfələrlə əməliyyat olsa da heç bir səmərəsi olmur. Çox əzablar çəkir… Ən nəhayət, bir gün (22 dekabr 1994-cü ildə) ömrünün 43 yaşında, saat 4:15-də o, qollarım üstə səhər çağı qaranquş kimi iki-üç dəfə ağzını açıb-yumaraq gözlərini əbədi yumdu.

Beləliklə, deyə-gülə, sevə-sevə, el-obadan, oğul-qızdan, Aydan-Ulduzdan ilham ala-ala yaşadığımız bir həyatın ömrü cəmi 21 il oldu. Mən ondan sonra keçən ömrü ömür saymayıram. Elə fikrimdə, zikrimdə onunla keçən o şirin günlər, xatirələrdir.

Bir yaşıl yarpaqdın, qopardık,

Olmaya, sən gəldin gö, Zemfira?

Adamın üyi daş ola gək,

nin hicranına dö, Zemfira.

 

Azər gənc çiynində bir yük aparır,

Şirinin gözləri bağ yarır,

Xatirə saç yolur, fəryad qoparır,

deyim oğula, qıza, Zemfira?

 

Üyim həmişəni anacaq,

Olacaq məzarın bizlə ocaq.

m yaşk, qəlbim yanacaq,

Baxanda qoyduğun izə, Zemfira.

 

n ki, rəng almışn güldən, çiçəkdən,

Ömrün biçilmişdi min bir diləkdən,

Dillər yorulmuşdu səndən deməkdən…

İndi dəzarı, Zemfira.

(Şeir Zemfira Maqsud qızı dəfn olunan günü yazılmışdır).

Deyirlər, kişiyə ağlamaq yaraşmır. Hətta bəziləri belə deyirlər: “Kişi də ağlayar?” Bəli, kişi ağlayar. Nəql edirlər ki, Həzrəti Məhəmməd peyğəmbərin oğlu öləndə onun gözlərində iki damla yaş görünüb.

O kişi ki, o insan ki, sinəsində ürək gəzdirir, Vətənə, valideynə, el-obaya, sevgiyə, dost-tanışa sonsuz məhəbbət bəsləyir, o, mütləq çətin anlarda ağlamalıdır. Bildirməlidir ki, onda ürək yaşayır. Necə ki, bir mahnıda deyilir:

Yaşamırsa ər ük,

Demək, o heç ük deyil,

O heçk deyil!

Açığını deyim ki, bu illər ərzində mən Zemfira xanım üçün çox ağlamışam. Elə indi də ağlamaqdayam. Elə ki, məşhur müğənnilər Rübabə Muradova, Qulu Əsgərov, Səxavət Məmmədov, Könül Xasıyeva, Mənsum İbrahimov, Elnarə Abdullayeva, Yaqut Abdullayeva, Bəsti Səbziyeva… həzin səslə muğam və mahnı oxuyurlar, o saat başlayır gözlərimdən yaş gilələnməyə.

Uca dağlar anam kimi qol aç,

nli yerlər nərimdəl aç,

Hara getdim, xatirər dil aç,

ni məndən soruşanda ağladım.

 

Getdim Kəlfə, getdim Basqala,

nsiz Allah bilir, düşm nə hala,

Yenəz-gəlinlər boylandı yola,

ni məndən soruşanda ağladım.

 

kuta qərq oldu Lahıc, Əgit,

Dedilər, amandır bu dərdi tərgit,

saqqal, ağbirçək, at çapan igid,

ni məndən soruşanda ağladım.

Əzizim Zemfira (ona həmişə belə deyərdim), artıq 25 ildir səni itirmişəm. Aşkarda da, yuxuda da həmişə səni görmək həvəsilə yaşayıram. Nə yaxşı ki, tez-tez səni yuxularda görürəm. Sən elə gənclikdə olduğun kimisən: ipək telli, yumşaq əlli, şux qamətli, ala gözlü, şirin sözlü, al yanaqlı, yar-yaraşıqlı… Bir dəfə də səni solğun, dalğın, qəmgin görməmişəm. Yenə də əvvəlkilər kimi deyə-gülə görüşüb, süzgün baxışlarla ayrılmışıq. Son sözün ancaq bu olub: Uşaqlardan muğayat ol.

Elə burdaca yadıma bu mənzərəni əks etdirən bir parça şeir düşdü:

n içində yuva salmısan,

ninlə baxıram mən bu cahana.

Yuxuda deyirsən, niyə solmusan?

nsiz kim yanacaq axı, bu cana?

Ey 25 ildir ki həsrətində olduğum, Zemfira! Bir gün televizorda məşhur müğənni Rübabə Muradova (rəhmətlik) “Yar bizə qonaq gələcək” adlı xalq mahnısını elə məharətlə ifa etdi ki, doğrusu, gözlərim yaşardı. O dəm ürəyim necə doldu?! O saat başladım əllərim əsə-əsə bu şeiri yazmağa:

…O vaxtdan yollarda düşüb qalmışam,

Min yol su çiləyib, tozun almışam.

t nə yar gəlib, nənlüm susub,

Yol üstə heykəb qalmışam.

 

Yox, yarım gəlmədi… gəlməzdir daha,

Ümid bağlasam da hər gün sabaha.

Qalıbdır əlimdə suyum, səngim,

Sirdaş yaranmışam amana, aha.

 

Yox, yarım gəlmədi, gək mən gedəm,

Onu sevindirəm, onu şad edəm.

Deyəm ki, gəlmişəm, qəbr evində

ninlərüşk olubdur vəm.…

Ən nəhayət, son söz əvəzi:

n ey dərdlərimə şərik olan,l,

Yoxsa, dərd çəkməkdən daha doymusan?

Bildinmi,lundan, qından əvvəl,

n məni… Sən məni yetim qoymusan.

 

Bilməm nə şaxta, nə duman, nə çən,

ni gül-çiçəm, güm.

n mənim yanıma gə bilməzsən,

n sənin yanına gəm, güm!

İldım Dəmirli

Əkdar jurnalist

lfəc,  2019  iyul-avqust

 

 

Şərh Yaz