YIXILMA, ANA!  

                                

“Ana, yıxılma ha! Dik dayan! Nəfəsim birazdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki evə çatdım, məni bərk-bərk qucaqla. Bu son görüşümüzdür, Ana! Elə bərk qucaqla ki, dadı qalsın, iyimi burnuna çək, Ana!
Sən Şəhid Anasısan, dik dayan, qəddini əymə. Ataya da salam de, Ana! Şəhid salamı. O başa düşər. Qardaşım evlənəndə oğluna mənim adımı qoyarsız. Mənim Günəşim söndü, Ana! Biri-birinizi qoruyun, Ana!  Məni bağışla, daha gücüm qalmadı. Mən Şəhid oldum” …
Şəhid Xəyyam Daşmirov

Şərh Yaz