Yaddas kitabcasi

Təbrik


Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Göyçək Rəhimova da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar sırasındadır.
Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatı işçiləri və qəzetimizin oxucuları adından Göyçək Rəhimovanı təbrik edir, ona çalışdığı sahədə əzmkarlıq nümayiş etdirməyi, daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq!

İsmayıllı xəbərləri”

 

Şərh Yaz