Vətəndaşlar onlayn qaydada qəbul olunurlar     

                  

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov  vaxtaşırı olaraq onlayn qəbullar keçirməkdədir. Hər qəbulda vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlər RİH-nin məsul işçiləri tərəfindən operativ olaraq araşdırılır. Müraciətlərin əsas hissəsi məşğulluq və mənzil şəraitinin yaxşılaşdırılması barədədir.

Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Bu səbəbdən Prezident İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq və sağlamlıqlarının qorunması istiqamətində tövsiyə və tapşırıqların yerinə yetirmək üçün RİH başçısı tərəfindən vətəndaşlar onlayn qaydada qəbul edilirlər.

İsmayıllı xəbərləri”

Şərh Yaz