Leysanın fəsadları aradan qaldırılır 

                       

İsmayıllı şəhərinin özü, rayondakı yaşayış məntəqələrinin çoxu dağətəyi ərazilərdə yerləşdiyindən hər dəfə yağan aramsız leysan yağışları heç də fəsadsız ötmür. May ayının 14-də rayonun dağlıq ərazisində yağmış leysanın yaratdığı sel suları Muğanlı-İsmayıllı magistral avtomobil yoluna çıxaraq nəqliyyatların hərəkətində çətinliklər yaradıb.

Rayonun Mücü, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinə gedən yolun çay yatağından keçən hissəsini sel suları yuyaraq keçilməz hala salıb. Basqal qəsəbəsinin içməli su təsərrüfatına qismən ziyan dəyib.
Yağış ara verən kimi operativ tədbirlər nəticəsində Muğanlı-İsmayıllı yolunda hərəkət bərpa olunub. Leysan yağışlarının digər fəsadlarının aradan qaldırılması işləri  dərhal davam etdirilib, kəndlərə gediş-gəliş bərpa olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz