Mənim ailəm – mənim aləmim

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaq məqsədilə “Ailəm” müsabiqəsinə start vermişdi.

Müsabiqəyə ümumilikdə 23 ailə tərəfindən 26 video və 17 foto material daxil olmuşdur. Ailələr tərəfindən anket və foto/video materiallar müsabiqədə iştirak üçün qəbul edilmiş, müsabiqənin məqsədinə uyğunluğu, materialın orijinallığı, keyfiyyəti, məzmunu kimi meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Münsiflər heyəti tərəfindən Zaqatala rayonundan olan Məmmədovlar  ailəsi “Ailəm” müsabiqəsinin “Ən yaxşı foto material” nominasiyası üzrə, İsmayıllı rayonundan olan Süleymanovlar  ailəsi “Ən yaxşı video material” nominasiyası üzrə qalib seçilmişdir.

Bu gün AQUPDK-nin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Ən yaxşı video material” nominasiyası üzrə qalib seçilmiş Süleymanovlar ailəsini mükafatlandırmaq üçün İsmayıllıda – Süleymanovlar ailəsində olmuşdur. C.Rəhmətullayeva  AQUPDK-nin sədri Bahar Muradovanın təbrik məktubunu, habelə Fəxri fərman və qiymətli hədiyyəni ailənin başçısı Təranə Süleymanovaya təqdim etmişdir.

İsmayıllı  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov qalib ailəni təbrik etmiş, ailə üzvləri olan balacalara – nəvələrə hədiyyələr təqdim etmişlər.

Sonda milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslə  ötürülməsinə həsr olunmuş video materiala birgə baxış olmuşdur.

Lalə Kəbirova            ,

İsmayıllı UADM-nin əməkdaşı       

 

Şərh Yaz