1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun birini uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində qeyd olunur. Respublika Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva  uşaqlara dövlət qayğısını daima diqqətdə saxlayır, bu sahə üzrə  problemlərin həlli istiqamətində  əsaslı tədbirlər həyata keçirirlər. Mehriban  xanım Əliyeva bütün uşaqların, əsasən valideyn himayəsindən məhrum, xəstə və kimsəsiz uşaqların himayəçisi və mənəvi anasıdır. Ölkəmizdə uşaqlara dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.
Respublikanın hər yerində olduğu kimi, İsmayıllıda da körpələr, himayəsiz uşaqlar daim diqqətdə saxlanılır. RİH, UADM-nin birgə fəaliyyəti sayəsində uşaqlar qayğı ilə əhatə olunurlar. Rayonda yeni uşaq  bağçaları tikilib istifadəyə verilir, mövcud olanlar əsaslı şəkildə yenidən qurulur. Ucqar dağ kəndlərində yeni məktəblər inşa edilir. Bu kimi layihələrin icrası, ümumilikdə uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Rayonda uşaqların sosial müdafiəsi daima diqqətdə saxlanılır, imkansız ailələrə kömək göstərilir. Xəstə uşaqların müalicəsi həyata keçirilir.
Uşaqlar bizim gələcəyimizdir.

 

 

Şərh Yaz