İsmayıllıda tütünçülüyə maraq artır

İsmayıllının 10 kəndində tütün şitilləri əkilir. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər Diyallı, Qurbanəfəndi, Talıstan, Qalacıq, Təzəkənd, Sumağallı və digər ərazilərdə həyata keçirilir. Şitillər rayona paylanılmış ümumən 500 qrama yaxın yerli növ toxumdan əldə edilib.

Topçuda yaşayan fermer Alizə Əhmədova 2 hektarlıq ərazidə 100 minə yaxın şitil əkdiyini deyir. Onları 30 qrama yaxın toxumdan hasil edib. İşlərin görülməsində ailə üzvləri və qonşularının köməyindən istifadə edir. Fermer bu il hər hektardan 4-5 ton məhsul götürməyi planlaşdırır.

 

 

Şərh Yaz