Himayəyə götürülənin normal yaşayışı təmin olunmalıdır

İsmayıllı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası”nın növbəti iclası keçirilib.

Komissiyanın sədri RİH başçısının müavini Sevil Əhmədova vətəndaşlardan daxil olan müraciətlər barədə ətraflı məlumat verib.

Məhkəmənin müvafiq qərarına əsasən rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nin bir neçə ay əvvəl qəbul etdiyi qərar ləğv edilib.
Komissiyanın üzvləri İsmayıllı şəhər sakini, komissiyaya qəyyum kimi müraciət etmiş Rəşid Nuriyevin evində olub,  mənzil şəraiti ilə tanışlııqla bərabər, ailədə müvafiq dinləmələr aparıblar.
Daha sonra “Qəyyumluq və Himayəçilik Komissiyası”nın üzvləri qarşı tərəfin – Solmaz Mirzəyevanın də məsələ ilə bağlı münasibətini öyrəniblər.
Komissiyanın üzvü İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov bildirib ki, məsələ ilə bağlı bütün sənədlər toplanılıb: “Qəyyumluq və Himayəçilik Komissiyası”nın əsas məqsədi himayəyə götürülənlərin normal yaşayış istiqamətində müdafiəsini təmin etməkdir.

İclas COVİD-19 pandemiyyası üzrə karantin rejiminin tələbləri çərçivəsində keçib.

İsmayıllı xəbərləri”

Şərh Yaz