Seminar iştirakçıları duyğulandılar

COVID-19 pandemiyasının karantin rejimi dövründə Etwinningdə The Future Coders layihəsi üzrə 5 seminar keçirdik. Biz  – mən və Sona Salehova seminarlardan ikisinin təşkilatçısı olduq. Türk ortaqlarımızın təklifiylə sonuncu seminarı 28 May – Respublika Günününə həsr etdik.

Bu il 28 May – Respublika Gününü qardaş Türkiyənin bir qrup öyrətmən və öyrənciləri ilə birgə qeyd etdiyimizdən xoşbəxtlik duyduq.

Keçirdiyimiz “Bayram seminarı”na qatılan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 1 A və 5 A sinif şagirdləri, İsmayıllı rayon Xankəndi kənd tam orta məktəbinin təmsilçiləri, eləcə də Türkiyəli öyrəncilər 28 May bayramlaşmasını yerinə yetirdik.

Distant görüş zamanı şagirdlərin Azərbaycan haqqında söylədikləri şeirlər və ifa etdikləri mahnılar alqışlarla qarşılandı.

Xankəndi kənd tam orta məktəbinin müəllimi Sona Salehovanın pianoda ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himni və böyük bayrama həsr olunmuş videoçarxın nümayişi seminar iştirakçılarını duyğulandırdı.

Qardaş ölkənin tədbirdə iştirakçı olan nümayəndələri bayram sevincini bərabər yaşadığımızdan məmnun qaldıqlarını bildirdilər.

S.Mirzəliyeva

Şərh Yaz