Uşaqlar bayram ovqatı yaşayıblar

1 İyun – Usşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tarixi günün tələbinə uyğun onlayn tədbir keçirib.

Tədbirdə Mərkəzdən bəhrələnən və keçirilən tədbirlərdə fəallıq nümayiş etdirən uşaqlar iştirak ediblər. Məktəb, sinif yoldaşları və tədbirlər üçün qəribsəmiş uşaqlar bayram tədbirinə böyük həvəslə qatılıblar. Təbrik olunanlar xoş ovqatla şeirlər söyləyib, mahnılar oxuyublar. Pianoda ifalar, bəbii gimnastika nömrələri də böyük maraq və alqışlara səbəb olub.

Bayram sevincini hərə bacardığı kimi nümayiş etdirib. Mərkəzin əməkdaşları, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıblar.

L.Kəbirova

Şərh Yaz