Bayrama həsr olunmuş müsabiqə

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında 28 May – Respublika Gününə həsr olunmuş müsabiqənin qalibləri müəyyənləşdirilib.

Qaliblərin mükafatlandırması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun olaraq həyata keçirilib.

Mükafatlar İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tərəfindən təqdim olunub.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz