Yaddas kitabcasi

Yoluxma sayının artması narahatlıq doğurur

İsmayıllıda koronavirusla əlaqədar ictimai məsuliyyət monitorinqinin aparılması mütəşəkkil hal alıb.

Ticarət xidməti sahələrində, ictimai-iaşə, eləcə də digər satış obyektlərində, ictimai nəqliyyatda vətəndaşlarla söhbətlər aparılır, pandemiyaya qarşı mübarizədən irəli gələn tələblər insanların diqqətinə çatdırılır.

Tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi izah edilir. Qaydalara əhəmiyyət verməyənlərə xəbərdarlıq olunur.

Ölkədə, eləcə də İsmayıllıda COVID-19 infeksiyasına yoluxma sayının kəskin artmasının narahatlıq doğurduğu izah edilir.

İsmayıllı Rayon İcra Hakimiyyəti pandemiyaya qarşı mübarizə tədbirlərini Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında aparmaqda davam edir. Monitorinqdə İsmayıllı bələdiyyəsi də üzərinə düşən vəzifələrin yerinə yetirilməsində fəallıq nümayiş etdirir.

Bələdiyyə iyun ayının 21-də növbəti monitorinqi keçirib. Tibbi maska yoxluğundan şikayətlənənlərə maskalar paylanıb.

Şərh Yaz