Sağlam olun, daha yaxşı işləyin

5 İyun meliorator işçilərinin peşə bayramı günüdür. İsmayıllı Su-Meliorasiya İdarəsinin melioratorları öz peşə bayramlarını heç də əliboş  keçirmirlər.

2020-ci ildə görülən işlər kifayət qədər ürəkaçandır. Belə ki, cari ildə rayon ərazisində 145 kilometr kanal lildən təmizlənib. Sırsaqçay (Diyallı), Talıstançay, Cülyançay, Ax-Oxçay, Göyçayçay, Girdimançay (Gəraybəyli kəndi ərazisində) çaylarının su yataqları təmizlənib. Rayonun Kəlbənd kəndi ərazisindən keçən Quruçayın kənd torpaqlarını yuyan hissəsinə150 p/m. bəndqurma işi aparılıb. Hazırda bənqurma işi davam etdirilir

İdarə ötən 5 ay ərzində 6 hidrometrik posta, 24 hidrometrik qurğuya xidmət göstərib. Rayon ərazisindəki suvarma kanalının işlək vəziyyətdə saxlanması da başlıca məqsədlərdən olub. Kanal ətrafdakı təsərrüfatların suvarma suyu ilə təminatında həlledici rol oynayır.

Təsərrüfatlarında kartof, qarğıdalı, yonca, tütün əkənlər, eləcə də bağçılıqla məşğul olanlar bu suvarma kanalından müntəzəm və yetərincə faydalana bilirlər.

İsmayıllı meloiratorlarını peşə bayramları günü münasibəti ilə təbrik edir, onlara daha məhsuldar işləmək üçün can sağlığı diləyirik!

Şərh Yaz