Yaddas kitabcasi

Folkulorumuza maraq güclüdür

Məktəbimiz “Mizah körpüsü – Nəsrəddin Hoca ilə milli kulturumuz” adlı layihəni  uqurla başa çatdırıb.

Bu layihə Azərbatcan, Gürcüstan, Türkiyə, İtaliya, Rumıniya və Portuqaliya məktəblərinin birgə işidir. Layihədə 20 müəllim və 94 şagird iştirak edir.

Layihənin əsas məqsədi Molla Nəsrəddini (Hoca Nəsrəddini) bir daha tədqiq etmək, araşdırmaq və onu dünyaya tanıtmaq idi. Məncə, biz buna nail olduq. Cunki Molla Nəsrəddin və onun lətifələri türklərin ortaq abidəsi olduğu üçün biz layihəyə daha tez uyqunlasdıq və təbliğat işində secildik.  Lakin İtaliya, Portuqaliya, Rumıniya kimi ölkələrin məktəbləri onların müəllim və şagird kollektivi 6 ay ərzində Molla Nəsrəddinlə bağlı elə işlər həyata keçirdilər ki, bunu yalnız alqışlamaq olar.

Məktəblilər lətifələri öyrənib, səhnələsdurdilər, rəsmlər çəkib musiqilər qoşdular, veb 2 alətlərindən istifadə etməklə internetdə müxtəlif proqramlarla işlədilər. Valideynləri də bu isə cəlb olundu. Onların dilindən lətifələr söylənildi. Molla Nəsrəddinin fiqurları və geyimləri hazırlandı. Elektron kitab (ebook) hazırlandı. Layihə12-15 yaş arası şagirdləri əhatə etdi. Dekabrda başlanan layihəmiz iyun ayında bitir. 6 ay ərzində hər həftə fərqli proqram həyata keçirilib.

Eyni zamanda, layihə müddətində 6 ölkənin hər birinin əlamətdar günləri və bayramları birlikdə qeyd edildi. Bu da imkan verdi ki, biz ölkələrimizin adət-ənənələri haqqında ətraflı məlumat toplayaq. Məncə, bu da Molla Nəsrəddin mudrikliyinin bizə töhfəsidir. Hər zaman olduğu kimi, bu layihəmiz də çox uqurlu oldu. Görülən işlər, qazanılan dostluqlar ən böyük uğurumuzdur.

Layihədə Kürdmaşı kənd tam orta məktəbini müəllimlərdən Aytən Kazımlı, Tünzalə İsmayilova və onların şagirdləri təmsil edib.

T.İsmayılova

Şərh Yaz