Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır

“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Ümummilli lider Heydər Əliyev

02-07may 2020-ci il tarixlərində İsmayıllı rayon Gənclər və İdman idarəsi rayon Təhsil şöbəsi ilə birgə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramının 5.1 bəndinin 5.1.1 yarımbəndinin icrası ilə bağlı “Ümummilli lider Heydər Əliyev- şərəfli ömrün salnaməsi” mövzüsunda koronavirus(Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi nəzərə alınaraq IX-XI sinif şagirdləri arasında onlayn inşa-yazı müsabiqəsi keçirmişdir.
Onlayn inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.
Müsabiqənin nəticələrinə görə, fikirlərini daha səlis və dolğun ifadə edən İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin IX sinif şagirdi Ləman Murad Çingiz qızı birinci yerə,İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəbiyeva Əfsanə ikinci yerə və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fatimə Yusifzadə üçüncü yerə layiq görülmüşdür.Müsabiqədə iştirak edən bir çox şəhər və kənd məktəblərinin şagirdləri isə həvəsləndirici yerə layiq görülmüşdür.Birinci,ikici və üçüncü yerin qalibləri İsmayıllı rayon Gənclər və idman idarəsi tərəfindən xüsusi karantin rejimi nərəzə alınaraq yaşadıqları ünvanda diplom və hədiyyələr ilə mükafatlandırılmışdır.

Şərh Yaz