Korrupsiyaya qarşı mübarizə islahatların məntiqi davamıdır Prezident İlham

Korrupsiyaya qarşı mübarizə islahatların məntiqi davamıdır

Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün sahələrini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almışdır. Bu proses 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Hələ 2018- ci ildə Prezident İlham Əliyev ölkədə genişmiqyaslı islahatlar aparılacağının anonsunu vermişdi. Seçkilərdən dərhal sonra dövlət başçısı uzun müddət idi əhalini narahat edən bəzi problemlərin həlli ilə bağlı sərəncam imzalamaqla artıq islahatlara start veildiyini bildirmişdi.
İslahatlar nəticəsində Prezident Administarsiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə struktur və kadr islahatları aparılmış, idarəetmədə yenilik, operativlik, çeviklik yaradılmışdır. Xüsusilə, kadr islahatları — gənclərə geniş meydan verilməsi, onlara etimad göstərilməsi böyük razılıqla qarşılandı. Bütövlükdə, islahatlar ölkəmizin bütün sahələrində əsaslı dönüş yaradıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə islahatların məntiqi davamıdır. Bu, ümumbəşəri bir bəladır və dünyada daim buna qarşı ciddi mübarizə aparılsa da, hələ də kökü kəsilmir. Azərbaycan isə artıq bu mübarizədə nümunəvi dövlətə çevrilir.
Kimliyindən asılı olmayaraq, dövlət məmurlarına güzəşt olunmaması, korrupsiya və rüşvətə aludə olmuş yüksək vəzifəli şəxslərə qarşı sərt tədbirlərin görülməsi xüsusi vurğulanmalıdır. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşının ürəyincədir. Bu sahədə əldə edilmiş uğurlar, insanları narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları müşahidə olunmuşdur. Dövlətimizin başçısınınn dəfələrlə səsləndirdiyi : “Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə – həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır”—tövsiyəsindən nəticə çıxarmayan bəzi dövlət məumurları layiq olduqları cəzanı alırlar . Onlar möhtərəm Prezidentimizin “Korrupsiayaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır”— çağırışını sanki eşitmirdilər. Bunun acısnı da özləri çəkməli oldular.
Belə çirkin əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində sərt qərarlar qəbul edildi. Kadr islahatları nəticəsində işini təkmilləşdirilməklə peşəkarlıq səviyyəsini daha da yüksəltmiş Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhər, Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçılarının korrupsiya və rüşvətxorluq əməlləri ifşa olunmuş, habelə bir sıra şəhər-qəsəbə, kənd ərazi icra nümayəndələri qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Dövlət başçısı Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən, ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırdı. Bildirdi ki, sərt tədbirlər təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan, insanlarda nifrət hissi yaradan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək.
Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində də növbəti əməliyyatın keçirlməsi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bütün sahələri əhatə etməsindən xəbər verirdi. Həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan nazirliyin yüksək vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etmələri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri müəyyən edildi. Onlar təqsirləndirilərək, barələrində həbs -qətimkan tədbiri seçildi.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı qarşı mübarizə davam etdrilir və dövlətimizin başçısının dediyi kimi, bu çirkin işə aludə olanlara güzəşt edilmir.
Gülbəniz BAYRAMOVA,
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru

Şərh Yaz