Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

HEYDƏR ƏLİYEV

10 may 2020-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramının 5.1 bəndinin 5.1.1 yarımbəndinin icrası ilə bağlı “Heydər Əliyev Müasir Gənclər Siyasətinin Banisidir” mövzüsunda koronavirus(Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi nəzərə alınaraq gənclərin iştirak etdiyi onlayn-konfrans keçirmişdir.
Konfransı ilk öncə rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq onlayn-konfransa qoşulan cəmiyyətin fərqli sahələrində çalışan gəncləri salamlayıb.Onlayn-konfransda digər iştirakçıların çıxışlarına başlamazdan əvvəl idarə rəisi qeyd etmişdir ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Konfransda İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov,İsmayıllı rayon YAP-nın aparat rəhbəri Anar Nəbiyev, İsmayıllı Gənclərinin Kariyera və İnkişaf Mərkəzinin direktoru İsmayıl Faxtıyev, YAP İsmayıllı Gənclər birliyinin üzvi Gülşən İldırımlı, İsmayıllı İntelektual Oyunların Klubunun sədri Azad Manaflı, Kürdmaşı kənd tam orta məktəbin gənc müəlliməsi Nübar Dəmirova, gənc idmançı Ülvi Osmanov,İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əsmər Qarayeva çıxış ediblər.
Çıxışların sonunda isə qeyd edilib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Şərh Yaz