Güclülər finalda görüşəcək

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı İntellektual Oyunlar Klubu ictimai birliyinin birgə təşkililatçılığı nəticəsində məktəbli gənclər arasında ilk dəfə keçirilən online intellektual oyunun növbəti yarışı şəhərin 6 nömrəli tam orta məktəbi və Cülyan kənd yam orta məktəbinin komandaları arasında keçirilib.

Daha yüksək bilik nümayiş etdirən 6 nömrəli tam orta məktəbinin komandası oyunun qalibi olub.
Final mərhələsində 3 nömrəli məktəb-liseyin  və 6 nömrəli tam orta məktəbinin komandaları görüşəcək.

Elmi Məmmədli                                                           

Şərh Yaz