Vaxtında atılan addımlar doğru və qətiyyətlidir

İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəis Fazil Həsənov özünün və çalışdığı kollektivin adından Prezident cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq məktubu ünvanlayıb.

Məktubda deyilir:

 

rmətli Prezident, hörmətli Mehriban xanım!

 

Dünyanı bürüyən koronavirus həyəcanını yaşadığımız bir ərəfədə hər bir vətəndaşımızın həyatını
düşündüyünüz üçün Sizə minnətdarıq.

Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar biz melioratorlar gecə-gündüz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün kənd əməkçilərini suvarma suyu ilə təmin edirik. Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19 yeni növ koronavirus pandemiyyası bizim ölkədən də yan keçməyib.
Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz  Azərbaycan xalqının dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi.

“Biz birlikdə güclüyük!”, – deməklə xalqımızı bir yumruq halında birləşdirdiniz. Siz  mart ayının 28-dən Bakıda yeni 575 çarpayı-yerlik tibb ocağının və tikiləcək modul tipli 6 (altı) xəstəxananı koronavirusa yoluxan xəstələrini müalicə alınması üçün nəzərdə tutmusunuz.

rmətli Prezident vərmətli Mehriban xanım!

Siz uca Allahın köməkliyi sayəsində bütün dünyanı cənginə alan koronavirusdan Azərbaycanımızı xilas edirsiniz. Ən güclü dövlətlər belə bu xəstəliyin qarşısında acizdirlər.
İnşallah, Ramazan ayında Siz başda olmaqla Azərbaycanımıza bol-bol dualar edəcəyik.
Hörmətlə:

Fazil Həsənov,

İsmayıllı Suvarma Sistemləri İdarəsinin ”Tərəqqi” medallı rəisi

 

Şərh Yaz