Başlıca məqsəd әhalinin etimadını doğrultmaqdır

ismayilli-ih.gov.az saytına istinadən bildiririk ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov inzibati ərazi dairələrindəki nümayәndәlәrlə keçirdiyi növbəti videokonfransda onlara әhalinin etimadını doğrultmağı tapşırıb.

Videokonfransda Nazirlər Kabineti yanında Operativ Qərargahın qәrarı ilә xüsusi karantin rejiminin yumşaldılmasından irәli gәlәn tədbirlər müzakirə olunub. Rayon rәhbәri bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən karantin qaydalarının yumşaldılmasına baxmayaraq, koronavirus infeksiyasının qarşısının alınması üçün bir sıra tədbirlərin davam etdirilməsi ilə bağlı vəzifəli şəxslərin qarşısına ciddi tələblər qoyulur.
Həmçinin xatırladılıb ki, ölkə başçısının tapşırdığı kimi, aztəminatlı vә hәssas kateqoriyaya aid ailələrə sovqatların paylanması tam şəffaf vә әhalinin etimadına uyğun şәkildә hәyata keçirilmәlidir. Rayonda bu sahәdә baş vermiş xoşagəlməz halların yolverilməz olduğu qeyd edilib və bir daha tәkrarlanmaması üçün işlərə tam nəzarət olunduğu bildirilib.
N.Bağırov bunlardan әlavә, nümayәndәlәrә aztəminatlı ailələri, yaşı 65-dən yuxarı olan vә tənha yaşayan ahılları daim nəzarətdә saxlamağı tapşırıb.

 

 

 

 

Şərh Yaz