İsmayıllı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin nəzərinə!

İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı Təhsil şöbəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş şagirdlər arasında “Ümummilli Lider Heydər Əliyev- şərəfli ömrün salnaməsi ” adlı online inşa-yazı müsabiqəsi keçirəcəkdir. İnşa-yazı müsabiqəsində iştirak etmək istəyən şagirdlər 07 may 2020-ci il tarixədək öz inşalarını mobil telefon vasitəsilə çəkib email və ya whatsapp üzərindən bizə göndərməklə müsabiqədə iştirak edə bilərlər. Hər iştirakçı yalnız bir inşa göndərməlidir.Çəkilən şəkillərdə yer alan inşalarınız anlaşılan və müsabiqənin adına uyğun olmalıdır. Qalib iştirakçılar karantin müddəti bitdikdən sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunacaqlar. Hər birinizə uğurlar arzulayırıq!
İnşaları göndərəcəyiniz email adresi: ismayilligii@mys.az
Whatsapp nömrəsi: (051)-389-91-15
Son müraciət tarixi: 07 may 2020

Şərh Yaz