Yaddas kitabcasi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident!

İsmayıllı gəncləri və idmançıları bütün xalqımızla birlikdə bizə yaşatdığınız xoşbəxt həyata görə Sizə hədsiz minnətdarlığını çatdırır.
Qətiyyətli, dəyanətli, qüdrətli, elmi, qlobal düşüncə əsasında rəhbərliyinizlə Siz Azərbaycanı dünya miqyasında öncül mövqeyə çıxarmısınız. Koronavirus pandemiyasına qarşı mübarizədə bu, bir daha təsdiqini tapdı.
Dövlət gənclər və idman siyasəti ilə bağlı təsdiq etdiyiniz proqramlar ölkə gəncləri və idmançılarının həyatını tamamilə yeni istiqamətə yönəldib. Hər kəs uğuruna görə Sizin mükafatınıza layiq görülür. Pauerliftinq idman növü üzrə idmançımız Kamil Qafarova Bakı şəhərində mənzil bağışlamısınız, idmançılarımıza Olimpiya İdman Kompleksi hədiyyə etmisiniz, İsmayıllını yüksək inkişaf səviyyəsinə çatdırmısınız, qədim və tarixi Lahıcı, Basqalı beynəlxalq miqyasda tanıtmısınız.
Soyadınızla bağlı olan xilaskarlıq missiyası koronavirus pandemiyası ilə mübarizədə geniş miqyasda özünü göstərir. İndi isə yaratdığınız zəngin maliyyə imkanlarını insanların sağlamlığının qorunmasına yönəldirsiniz, insanların sağlam həyatına hərtərəfli təminat verirsiniz. Uzaq deyil o gün ki, yaratdığınız çoxistiqamətli səfərbərlik nəticəsində pandemiya üzərində Azərbaycanın qələbəsi təmin olunacaqdır. İsmayıllı gəncləri tam əmindirlər ki, Sizin Ali Baş Komandanlığınız, ordumuzun və bütün ölkə gənclərinin iştirakı ilə “ermənivirus” üzərində də böyük Qələbə qazanılacaqdır.
Möhtərəm cənab Prezident, İsmayıllı gəncləri və idmançıları adından Sizə dərin hörmət və ehtiramımızı, minnətdarlığımızı və alqışlarımızı bildiririk. Gənclik qüvvəsi, gənclik ruhu, idmançı sağlamlığı heç zaman Sizi tərk etməsin.
Biz Sizinləyik, hər bir əmrinizə hazırıq, cənab Prezident!
Dərin hörmət və ehtiramla,
Taleh Salehov,
İsmayıllı şəhəri

Şərh Yaz