Diqqət və qayğı bir qədər də artırılıb

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən aldığımız xəbərdə bildirilir:
Aprel ayının son 2 günündə 27 ailədə olmuşuq. May ayının 1-də isə 8 ailədə olduq.
Həmişəki kimi bizi ismayıllılara xas səmimiyyətlə, xoş təbəssümlə qarşılayan, axtardığımız ünvanı tapmayanda böyük məmnuniyyətlə bələdçilik edən insanlara, eləcədə könüllülərimizə ürəkdən təşəkkür edirik. Ailələrlə görüşdük, karantin günlərini necə keçirtdikləri ilə maraqlanıb söhbət etdik, ərzaq payları verdik. Nə ağızlardakı maska, nə aramızdakı 2 metrlik məsafə söhbətlərimizin şirinliyinə xələl gətirmədi. Bir daha əmin oldum ki, biz BİRİK, BİRLİKDƏYİK və birliklə bu gün dünyaya meydan oxuyan virusa ən qısa vaxtda biz meydan oxuyacağıq! Hələlik isə EVDƏ QALIN, SALAMAT QALIN!
Xəbərə onu da əlavə edək ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun həssas ailələr və fərdlər qrupuna daxil olan soydaşlarımızla koronavirus (COVID-19) pandemiyasının ölkədə yaratdığı vəziyyətdən əvvəl də gündəlik təmasda olub. Hazırda Mərkəz tərəfindən bu qəbildən olan insanlara diqqət və qayğı bir qədər də artırılıb.

Şərh Yaz