Yaddas kitabcasi

Akademik Zәrifә Әliyevanın xatirәsi anılıb

Görkәmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü gününə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi birlikdə akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarx hazırlayıb. Videoçarx Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığı, çətin yollarda inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyi, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini əks etdirib. Vedeoçarxı izləyənlər bir daha oftalmoloq alimin zəngin ömür yolu, pedaqoji fəaliyyəti vә tibb elminә verdiyi töhfələrlə tanış olublar, Filmə baxanlar bir daha əmin olublar ki, Azərbaycan tibb elminin, xüsusilә onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş etməklə bərabər, şəfalı əlləri ilə minlərlə xəstəni müalicə edən görkəmli alim, kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, həm də övladlarına gözəl tərbiyə verən mehriban ana olub. Zərifə Xanım Əliyevanın ürəklərdə əbədi yaşayan xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır!

Şərh Yaz