Vacib işləri təxirə salınmadan həyata keçirilir

Azərbaycan dünyanın təbii fəlakətlərə tez-tez məruz qalan regionlarından biridir. Miqyasına, əhatə dairəsinə və dağıdıcı xüsusiyyətlərinə görə, sellər və daşqınlar xüsusilə təhlükəlidir.
Elə buna görə də Meliorasiya və Su Təsərrüfatı Komitəsinin rayonlardakı idarələri tərəfindən baş verə biləcək təhlükələrinin qarşısını əvvəlcədən almaq baxımından bir sıra vacib işləri təxirə salınmadan həyata keçirilir.
Selə qarşı mübarizə məqsədi ilə dağlıq və dağətəyi rayonlarda yerləşən idarələrə xeyli texnika verilib. Sel qorxusu olan sahələrdə növbələr çəkilir.
Hazırda İsmayıllı rayonu ərazisində suvarma mövsümü ilə əlaqədar olaraq, torpaq və beton üzlüklü suvarma kanalları lildən, alaq otlarından və digər tullantılardan təmizlənir. Çay məcralarında daşqın və selə qarşı sahilmühafizə işləri görülür, torpaq bəndləri vurulur.
Sadalanan işlər istismar tədbirləri planına uyğun olaraq davam etdirilir.

Şərh Yaz